
AFFA-nın qazancı artacaq
UEFA “Hat-trick” həmrəylik proqramları çərçivəsində milli assosiasiyalara ayıracağı vəsaiti 21 faiz artıracaq.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2024-2028 maliyyə ilində bu məbləğ təxminən bir milyard avro olacaq.
UEFA bu proqramlar üçün 2021/2022 və 2022/2023 mövsümlərində AFFA-ya ümumilikdə 6 737 866 manat ayırıb. Vəsaitin 1 206 870 manatı 2021/2022, 3 456 878 manatı isə 2022/2023 mövsümü üçün AFFA-nın hesabına köçürülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin