AFFA-nın qərarları: 6+5-ə davam, gənc futbolçuların yaş limiti ləğv edildi

Bu gün Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı məlumat verilib.

Daha sonra Rövnəq Abdullayev FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından uğurlar arzulayıb.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2022/2023-cü il mövsümündən etibarən “İmişli”, “Mingəçevir” və “Araz Naxçıvan” komandaları Birinci Divizionda çıxış etsin.

2. Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdirilsin.

3. Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv olunsun.

4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3 əvəzetmə sayı saxlanılsın).

5. 2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.

6. 2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.

7. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunsun.

Bizi Telegramda izləyin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button