Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə görüşdü
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində AFFA prezidenti FİFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.
Hazırda Doha şəhərində FİFA Klublararası çempionatı keçirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin