AFFA-nın növbəti mövsümdə Premyer Liqa klubları üçün ayıracağı məbləğ açıqlanıb

AFFA-nın 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək klublar üçün ayıracağı məbləğ açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın Hesabat Konfransında bildirilib.

Əvvəl olduğu kimi, yeni mövsümdə də klublar üçün 30 milyon manat ayrılacaq. Sadəcə, bu məbləğ artıq 10 deyil, 12 komanda arasında bölüşdürüləcək.

Bununla da, hər kluba illik 2.5 milyon manatın veriləcəyi müəyyənləşib. Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button