Elnur Məmmədli AFFA-nın məhkəməyə verilməsi haqda: “Rəsmi bildiriş gəlməyib”
“Keşlə”nin keçmiş futbolçusu Mirhüseyn Seyidovun AFFA-nı məhkəməyə verdiyini xəbər vermişdik. Veteran futbolçu ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə üz tutub. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılacaq.
Komanda.az saytı bu məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxlayıb. Məmmədli hələ ki, Seyidovun federasiyanı məhkəməyə verməsi ilə bağlı AFFA-ya rəsmi bildiriş gəlmədiyini bildirib:
“Hələ ki, Mirhüseyn Seyidovun AFFA-nı məhkəməyə verməsi ilə bağlı məhkəmədən AFFA-ya rəsmi bildiriş gəlməyib. Ona görə də, hazırda bu məsələ ilə bağlı mövqe bildirə bilməyəcəyik. Məhkəmədən rəsmi bildiriş gəldikdən sonra artıq bununla bağlı mövqeyimizi açıqlaya bilərik”.
Mirhüseyn Seyidov 2017-ci ildə AFFA-nın İntizam Komitəsinin qərarı ilə ömürlük futboldan uzaqlaşdırılıb. AFFA İntizam Komitəsi onun oyun alqı-satqısında iştirak etdiyini əsas gətirərək belə addım atıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin