
AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı
İsveçrənin SGS şirkəti 2018-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Komanda.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2019-20-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin