AFFA-nın inkişaf strategiyası ilə əlaqədar görüşlər keçirilib

AFFA-nın inkişaf strategiyası ilə əlaqədar bir sıra görüşlər keçirilib.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni strategiya ilə bağlı AFFA-nın departamentləri, AFFA-nın birbaşa üzvləri, Peşəkar Futbol Liqası, Regional Futbol Federasiyası, İctimai Futbol Təşkilatları və Sahə Futbol Federasiyası, həmin qurumların üzvləri olan Premyer Liqa, 1-ci və 2-ci Liqada çıxış edən klublar, Futbolun İnkişafı Fondu, sponsorlar və partnyorlar, həmçinin futbol ictimaiyyətindən təkliflərin göndərilməsi xahiş olunmuşdu.

Alınan təkliflərin müzakirəsi məqsədilə cari həftə ərzində AFFA-nın Departament rəhbərləri, Peşəkar Futbol Liqası və Regional Futbol Federasiyasının nümayəndələri ilə görüşlər təşkil olunub.

Bu gün isə mətbuat nümayəndələri ilə görüş keçirilib, strategiya ilə bağlı onların təklif və fikirləri dinlənilib və müvafiq qeydlər aparılıb.

Yazılı və şifahi formada qəbul olunmuş bütün təklif və rəylər qeydə alınaraq, AFFA və onun partnyor şirkətləri olan “Double Pass” və “McKinsey & Partners” tərəfindən yaxın günlərdə təhlil olunacaq və məqsəduyğun olan təkliflər strategiyanın ilkin versiyasına daxil ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button