“Yeni baş məşqçi əcnəbi olacaq” – Elxan Məmmədov
AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “Azərbaycan Radiosu”na müsahibə verib.
Komanda.az xəbər verir ki, Məmmədov müsahibəsi zamanı Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər haqda da danışıb:
“İcraiyyə Komitəsinin son iclasında 30-a yaxın mütəxəssisin adı var idi. Onlar müxtəlif ölkələrdən, müxtəlif səviyyədə olan məşqçilərdir. Onlardan bəziləri gedişatda başqa komandalarla müqavilə imzalayıb və bizim siyahıdan çıxıb. Bu həftə İK üzvləri öz fikrini bildirəcək. Böyük ehtimalla yeni baş məşqçi əcnəbi olacaq. Nəzərə alaq ki, milli komanda yerli çempionatda oynamır. Ona görə də yeni baş məşqçinin beynəlxalq təcrübəsi olmalıdır. Bizdə ən çox beynəlxalq təcrübəsi olan mütəxəssis Qurban Qurbanov idi, o da bizim millidə çalışdı”.
Bizi Facebook-da izləyin