
Elxan Məmmədov Şəkiyə yollandı
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Şəki şəhərinə səfərə gedib.
Komanda.az xəbər verir ki, Məmmədov səfər çərçivəsində Şəki şəhərində müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb, onlara AFFA-nın adından oyun geyimləri və top təqdim edib.
İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, növbəti həftə liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb. Görüşün sonunda simvolik olaraq oyun keçirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin