Elxan Məmmədov Oğuzda uşaqlara top payladı
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şimal-Qərb regionuna səfəri çərçivəsində Oğuz rayonunda olub.
Komanda.az xəbər verir ki, Oğuz Olimpiya Kompleksinin meydançasında azyaşlı futboçularla görüşən Məmmədov AFFA adından uşaqlara top və formalar təqdim edib.
Görüş zamanı icraçı vitse-prezident növbəti həftə start götürəcək aşağı yaş qrupu üzrə liqalarda çıxış edəcək oyunçulara uğurlar arzulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin