“Bu cür ideya futbol dəyərlərimizi məhv edir” – Elxan Məmmədov
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
Komanda.az “insideworldfootball.com”a istinadən xəbər verir ki, AÇ-2020-nin Bakıdakı oyunları haqda danışan Məmmədov, bir müddət əvvəl yaradılan və tez dağılan Avropa Super Liqası layihəsindən də söz açıb:
“Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun böyüməsi üçün böyük vəsait ayırır. Bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər. Bazar günü səhər oyanıb, strategiyasız və 4 milyard dollara Super Liqa yarada bilmərik”.
Aprelin 19-da fəaliyyətə başlayan Avropa Super Liqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində “Real”, “Yuventus” və “Barselona” istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdilər.
Bizi Facebook-da izləyin