Elxan məmmədov: “Bilirəm ki, hər kəs bu səfəri unudulmaz bayrama çevirməkdə qərarlıdır”
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels mətbuatına açıqlama verib.
Komanda.az “southwalesargus.co.uk” saytına istinadən xəbər verir ki, Məmmədov, AÇ-2020-nin Bakıda keçiriləcək oyunları üçün Azərbaycana gələcək azarkeşlərlə bağlı danışıb:
“Biz AÇ-2020-nin Bakıdakı oyunlarında iştirak edəcək komandaların azarkeşlərini qəbul etməyə həyəcanlanırıq və gəlmək istəyənlərin təhlükəsiz şəkildə Bakıdan zövq almasını təmin etmək üçün plan hazırlamışıq.
Bakı aylardır bu turnirə hazırlaşır. Bilirəm ki, hər kəs bu səfəri unudulmaz bayrama çevirməkdə qərarlıdır. Qarşıdakı həftələrdə bu bayrama qoşulacaq azarkeşləri səbirsizliklə gözləyirik”.
AÇ-2020-nin Bakıdakı oyunları üçün Azərbaycana gələcək xarici azarkeşlər karantinə alınmayacaqlar.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin