AFFA-nın hesabat konfransının vaxtı bilindi
AFFA-nın növbəti hesabat konfransının vaxtı dəqiqləşib.
Komanda.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı martın 7-də olacaq.
Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Tədbir saat 10:00-da start götürəcək.
AFFA prezidenti tərəfindən iclasın açılışı, konfransın tərkibinin yoxlanılması, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, maliyyə hesabatlarının təsdiqi, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər gündəyilə daxil edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin