
AFFA rəsmisi Konfrans Liqası oyununa təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA Konfrans Liqası oyununa təyinat alıb.
Komanda.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis qitənin üçüncü dərəcəli turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək “Harts” (Şotlandiya) – PAOK (Yunanıstan) matçının hakim-inspektoru olacaq.
Komandalar arasında ilk görüş avqustun 24-də Edinburq şəhərindəki “Taynkasl” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin