Milli komandanın üzvləri ilə görüş

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Əliyev, milli komandaya Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək, AFFA rəhbərliyinə təşəkkürünü bildirib. AFFA-nın texniki direktoru Bernhard Lippert də görüşdə iştirak edib.

21yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button