AFFA rəsmisi Avropa çempionatının oyunlarına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb.

Komanda.az xəbər verir ki, o, AÇ-nin A Liqasının 6-cı qrupunun oktyabrın 6-dan 12-dək Yunanıstanda keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda İsveçrə, Danimarka, Yunanıstan və Avstriya milli komandaları mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button