
AFFA-nın baş katibi Vyanadakı konqresə qatılacaq
AFFA rəsmiləri bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın 46-cı konqresində iştirak edəcək.
Komanda.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıya qurumun baş katibi Sərxan Hacıyev və baş katibin müavini Kamran Vəliyev qatılacaq.
Konqres saat 12:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin