Sərxan Hacıyev: “Azərbaycan futbolu “Qarabağ”ın uğuru ilə yadda qaldı”

AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun Hesabat-Seçki Konfransında çıxış edib.

Komanda.az xəbər verir ki, baş katib 2023-cü ildə 30 illik fasilədən sonra işğaldan azad olunan ərazilərdə rəsmi futbol matçının keçirilməsinin ən əlamətdar hadisə olduğunu bildirib:

“Ötən hesabat ilində Xankəndi şəhərində Azərbaycan kubokunun oyunu keçirildi. Bu, işğaldan azad olunan torpaqlarda uzun illərdən sonra ilk görüş idi. “Qarabağ”la MOİK arasındakı qrşılaşma Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazıldı. Həmin günü daha da mötəbər edən məqam Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qarşılaşmanı stadionda canlı izləmələri idi”.

Hacıyev “Qarabağ”ın 2023/24 mövsümündə Avropa Liqasındakı çıxışına da toxunub:

“Azərbaycan futbolu “Qarabağ”ın uğuru ilə yadda qaldı. Bunu Azərbaycan futbolunun uğuru kimi də qələmə vermək olar. “Qarabağ” yeni tarix yazaraq, Avropa Liqasında 1/8 finala qədər irəlilədi. Bu, Azərbaycan futbol tarixində xüsusi iz oldu. Həmçinin qadınlardan ibarət millimiz də yeni tarix yazdı. Komandamız ilk dəfə qrup mərhələsində 1-ci yeri tutdu, B Liqasına vəsiqə qazandı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button