
AFFA-nın baş katibi Parisə gedib
FİFA-nın Fransanın paytaxtı Parisdə yerləşən ofisində seminar keçirilir.
Komanda.az xəbər verir ki, ali futbol qurumunun Avropa ölkələri üzrə üzv assosiasiyaları üçün təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edir.
Seminara milli assosiasiyanın maliyyə və mühasibatlıq departamentinin əməkdaşı Riad Axundov da qatılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin