
AFFA-nın baş katibi FIFA-da görüşlər keçirib
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.
Komanda.az xəbər verir ki, Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.
O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



