AFFA-nın baş katibi: “De Byazi ilə müqavilə uzadılmayacaq”
AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, o, Canni De Byazinin millinin baş məşqçi postundan öz xahişi ilə getdiyini bildirib:
“Gündəlikdə bir məsələ var idi, o da Canni De Byazinin hesabatının dinlənilməsi və gələcək taleyi ilə bağlı müzakirənin aparılması. Məlumat üçün bildirim ki, De Byazi iclasda iştirak etdi və qısa olaraq, nəticələr barəsində müəyyən məlumatı verdi. Azərbaycandakı fəaliyyətini dayandırmaaq istədiyini, müqavilənin uzadılmamasını xahiş etdi. De Byazi dinlənildi və AFFA İK üzvləri müzakirə apardılar. Son üç ildə onun vaxtında millinin nəticələri də nəzərə alındı. Ümumi məsələlər də müzakirə olundu və İcraiyyət Komitəsinin üzvləri tərəfindən də belə qənaətə gəlindi ki, müqavilənin uzadılmaması qəbul olunsun. Bu o deməkdir ki, Canni De Byazi ilə müqavilə uzadılmayacaq”.
Bizi Facebook-da izləyin