Kononov rəsmən Latviya klubunda – AFFA-nın bir namizədi azaldı

AFFA-nın Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən biri kimi seçdiyi Oleq Kononovun Latviyada çalışacağını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “Riqa” klubu 53 yaşlı mütəxəssisin təyinatını rəsmən açıqlayıb. Bu barədə Latviya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanın baş məşqçi postuna gətirilən Kononovla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Oleq Kononovun son iş yeri Moskva “Spartak”ı olub.

Kononov AFFA-nın Azərbaycan milli komandasının baş məşqçisi postuna düşündüyü 32 namizəddən biri idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button