Latviya klubuna keçir – AFFA-nın Azərbaycan millisinin baş məşqçi postuna namizədi

AFFA-nın Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən biri kimi seçdiyi Oleq Kononov Latviyada çalışacaq.

Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssis “Riqa” klubunda baş məşqçilik edəcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə, Kononovun bu gün Latviyanın son çempionu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Oleq Kononovun son iş yeri Moskva “Spartak”ı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button