AFFA-nın Azərbaycan millisinin baş məşqçi postuna namizədi A Seriyasında

AFFA-nın Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən biri kimi seçdiyi Luici Di Byaco İtaliya A Seriyasında klub çalışdırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi SPAL 48 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, SPAL-ın yaxın zamanda baş məşqçi Leonardo Sempliçi ilə yollarını ayıracağı və komandanın “sükanı arxasına” Di Byaconu gətirəcəyi bildirilir.

Mütəxəssis 2013-2019-cu illərdə 21 yaşadək futbolçulardan ibarət İtaliya millisini çalışdırıb. Byaco 2018-ci ilin fevralından martına kimi İtaliya millisinin əsas komandasında menecer kimi də işləyib. İtaliyalı mütəxəssis hazırda işsizdir.

SPAL A Seriyasında 23 turdan sonra 20-ci sıradadır.

Azərbaycan millisinin baş məşqçi postuna digər namizədlərdən biri olan Oleq Kononov da Latviyanın “Riqa” klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button