AFFA-dan “Sumqayıt”a güzəşt – “Zirə”nin şikayəti təmin olunmadı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt” və “Zirə” klubları tərəfindən verilmiş appelyasiya şikayətinə baxıb.
Komanda.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt”ın şikatəyinin qismən təmin edilməsinə, “Zirə” klubu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsinə qərar verib:
AFFA İntizam Komitəsinin 05.05.2021-ci ildə qəbul etdiyi qərarla Camaləddin Xocaniyazova verilən 4 oyun kənarlaşdırılma cəzası və kluba tətbiq edilən 3200 (üç min iki yüz) manat cərimə, müvafiq olaraq 2 oyun kənarlaşdırılma cəzası və 1600 (min altı yüz) manat cərimə ilə əvəz edilib. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq, tərəflərə göndəriləcək.
AFFA İntizam Komitəsinin 05.05.2021-ci il tarixində “Zirə” klubu və komandanın məşqçisi Eltun Yaqublu barədə verdiyi qərar qüvvədə saxlanılsın. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq, tərəflərə göndəriləcək.
“Zirə” klubunun məşqçisi Eltun Yaqublu Azərbaycan kubokunun “Keşlə” ilə yarımfinal mərhələsinin cavab oyunu zamanı texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanmış, klub 8000 manat cərimə olunmuşdu.
Bizi Facebook-da izləyin