“Səbail”in şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən, “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Belə ki, AFFA İntizam Komitəsinin 05.11.2021-ci il tarixində “Səbail”in oyunçusu Nikolas Raysel və baş məşqçisi Aftandil Hacıyev barəsində, eləcə də klub barəsində verdiyi hər iki qərar qüvvədə saxlanılıb.
“Sumqayıt” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Nikolas Raysel aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Matç bitdikdən sonra “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.
Bizi Facebook-da izləyin