AFFA-nın 2020-ci ildəki gəliri açıqlandı

AFFA-nın 2020-ci ildəki gəlir və xərcləri açıqlanıb.

Komanda.az xəbər verir ki, cəmi gəlirlər 22 milyon 803 min 52 manat təşkil edib.

Məbləğin 11 milyon 400 min manatı SOCAR-dan, 4 milyon 319 min 140 manatı UEFA-dan, 3 milyon 814 min 638 manatı əsas yığmanın yayım hüququndan, 2 milyon 634 min 803 manatı FİFA-dan, 94 min 400 manatı “Coca cola”dan, 63 min 400 manatı UNİCEF-dən, 187 min 322 “Paşa Sığorta”dan, 125 min 636 manatı “Procter & Gamble”-dən daxil olub. Digər gəlirlər isə 163 min 713 manatdır.

Qurumun cəmi əsas fəaliyyət xərcləri isə 17 milyon 554 min 722 manat təşkil edib.

Beləliklə, əsas fəaliyyət xərclərindən sonra qalıq 5 milyon 248 min 330 manatdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button