
AFFA-nın əməkdaşı UEFA Akademiyasının təhsil proqramını fərqlənmə ilə bitirib
AFFA-nın beynəlxalq oyunların təşkili üzrə meneceri Rasif Babayev UEFA Akademiyasının və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Certificate in Football Management” (CFM) təhsil proqramını fərqlənmə (Certificate of Merit) ilə başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib və UEFA-nın rəsmi sertifikatı ilə nəticələnir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



