AFFA “Neftçi”nin şikayətini təmin etmədi
Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin ötən il dekabrın 15-də Birinci Divizionda çıxış edən “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev barəsində verdiyi 5 oyunluq kənarlaşdırma cəzası və 400 manatlıq cərimə qüvvədə saxlanılıb.
Xatırladaq ki, Abdullayev “Araz Naxçıvan”la 14-cü tur matçının 58-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin