AFFA “Neftçi”ni cərimələdi
AFFA İntizam Komitəsi “Neftçi” klubunu 1300 manat cərimələyib.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ağ-qaralar” Premyer Liqanın 14-cü turunda “Araz-Naxçıvan”la matç (1:1) başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat cərimələnib.
Görüşün 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin