AFFA “Neftçi”ni 5600 manat cərimə etdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının 36-cı turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail”in futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Səbail” klubu 3200 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 800 manat cərimə edilib.

“Səbail” – “Şamaxı” oyunu bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.

Azərbaycan kubokunun finalında “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılmasına görə “Neftçi” klubu 1600 manat cərimə edilib.

Azərbaycan kubokunun finalında “Neftçi” – “Qəbələ” oyununun əlavə vaxtında “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button