“Turan Tovuz” qapıçısına görə cərimə edildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
1-ci divizionun 3-cü turunun “Qarabağ-2” – “Turan Tovuz” oyununda oyun öncəsi “Qarabağ-2” komandasının nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur.
Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.
Oyunda hakim-inspektor oyunun videoyazısı ilə təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.
“Turan Tovuz” klubunun qapıçısının formasında qüsur olduğundan, oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 3-cü turunun “Sumqayıt-2” – “Kəpəz” oyununda oyun öncəsi “Kəpəz” klubunun futbolçusu İbrahim Camalov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunda topdaşıyan şəxslərin say tərkibi və yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir.
1-ci divizionun 3-cü turunun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir
Oyunda hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunur.
1-ci divizionun 3-cü turunun “Neftçi-2” – MOİK oyununda “Neftçi-2” klubunun futbolçusu Seymur Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
MOİK klubunun 14 nömrəli futbolçusu Hikmət Verdiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunda MOİK klubunun futbolçusu Xəyal Bədirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Bizi Facebook-da izləyin