AFFA millinin yeni baş məşqçisini rəsmən açıqladı
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirlimiş iclasda aşağıdakı qərarlar qəbul olunub:
1. Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.
2. Adları aşağıda göstərilmiş məşqçilər müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunub:
– Milan Obradoviç – Azərbaycan U-21
– Samir Əliyev – Azərbaycan U-19
– Miloş Velebit – Azərbaycan U-15, U-16
Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin