AFFA millinin “sükan”ını Nazim Süleymanova tapşıracaq?

Azərbaycanın U-21 millisinin baş məşqçisi postu hələ ki, boşdur.

Komanda.az-ın əldə etdiyi məlumata görə, AFFA U-21-in baş məşqçi postuna bir neçə mütəxəssisin namizədliyini nəzərdən keçirir ki, onlardan biri Nazim Süleymanovdur.

“Xəzər Lənkəran”, “Olimpik-Şüvəlan”, “Neftçi”, “Sumqayıt” kimi klubların baş məşqçisi olmuş Süleymanov 2015-ci ildə U-19 millisinin “sükanı arxasında” da olub. Azərbaycan millisinin sabiq hücumçusu Rusiyada “Jemçujina”, “Ximki” kimi klublarda da çalışıb.

AFFA Süleymanovla yanaşı, daha bir neçə məşqçinin namizədliyini gözdən keçirir.

Bu həftə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Məhz bu iclasda U-21 yığmasının baş məşqçi məsələsi haqda qərar verilməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button