AFFA millinin baş məşqçisi ilə vidalaşdı – RƏSMİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçin müqavilə müddəti başa çatıb.
Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssislə yeni müqavilə imzalanmayıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 millisindəki fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğur arzulayıb.
Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin