AFFA legioner limitini müzakirəyə çıxaracaq
Mayın 31-də, saat 17:00-da, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, iclasın gündəliyinə daxil olunan məsələlər bunlardır:
1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi
2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan-Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi
3. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi
4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi
5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi
6. Digər məsələlər.
Bizi Facebook-da izləyin