AFFA kütləvi davaya görə 7 futbolçunu 6 oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda AFFA U-17 Liqasının oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Xan Lənkəran” – “Sumqayıt” oyununda “Sumqayıt”ın futbolçusu Rəvan Məsiyev qeyri-idman hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
İCBFA – “Qəbələ” oyununda İCBFA-nın futbolçusu Cavid Məmmədzadə “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
“Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz”in futbolçuları Cəfər Abbasov, Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov kütləvi şəkildə, 2 və daha artıq şəxsin iştirakı ilə dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün 6 oyun cəzalanıblar. Eyni davada iştirak edən “Qarabağ”ın futbolçuları – Elton Babazadə, Kamil Sadiqov və Sabir Rzazadə də 6 oyunluq cəzaya məruz qalıb.
“Şamaxı” – “Neftçi” oyununda “Neftçi”nin futbolçusu Nicat Qaragözlü düşüncəsiz hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Şamaxı”nın futbolçusu Məmmədzadə Süleyman təhqiredici hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
“Qəbələ” İK – “Zaqatala” oyununda “Zaqatala”nın məktubu əsasında komanda maddi problemləri ilə bağlı oyunlarda iştirak etməməsi səbəbindən ona 0:3 hesabı ilə məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda yarışlardan kənarlaşdırılıb.
Bizi Facebook-da izləyin