AFFA “İrəvan”ın prezidentini cəzalandırdı
AFFA İntizam Komitəsi 1-ci Liqada çıxış edən klubların rəsmi şəxslərini cəzalandırıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “İmişli”nin meneceri İlkin Əhmədov 9-cu turda “Qaradağ Lökbatan”la matçın rəsmi şəxsinə təzyiq etdiyinə görə 2 oyunluq cəza ilə üzləşib.
“İrəvan”ın prezidenti Zahid Niyazəliyev isə akkreditasiya vəsiqəsi olmadan meydana və dəhlizə daxil olduğu üçün 1 matçlıq cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin