“Zirə” 2 dəqiqəyə görə 2400 manat cərimə olundu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 10-cu turunun “Neftçi” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 10-cu turunun “Qəbələ” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 10-cu turunun “Zirə” – “Sumqayıt” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
“Zirə” komandası oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün klub 800 manat cərimə olunur. Oyunun ikinci hissəsi “Zirə” klubunun gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəblə klub 2400 manat cərimə olunur.
Premyer Liqanın 10-cu turunun “Səbail” – “Keşlə” matçında “Səbail” klubunun gecikməsi səbəbilə oyun 3 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Səbail” klubunun futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunur.
Bizi Facebook-da izləyin