AFFA İntizam Komitəsinin sədri istefa verdi
AFFA-nın İntizam Komitəsinin sədri Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qurumun İcraiyyə Komitəsinin növbəti iclasına qədər İntizam Komitəsinin sədri vəzifəsi hazırda komitənin üzvü olan Erkin Hüseynova həvalə olunub.
İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərar qəbul olunması nəzərdə tutulub.
AFFA-nın rəhbərliyi İK-nin sabiq sədri Tofiq Fətullayevə uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin