AFFA divizion klublarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Divizionun 8-ci turunun “Keşlə-2” – MOİK oyununda meydan sahibi klub AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirmədiyi üçün 80 manat cərimə olunur;

“Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

8-ci turun “Kəpəz” – “Qarabağ-2” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün “Kəpəz” 40 manat cərimə olunur;

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

8-ci turun “Sumqayıt-2” – “Zaqatala” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunur;

8-ci turun “Neftçi-2” – “Turan Tovuz” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

8-ci turun “Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button