AFFA “birincilər”i cərimələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
1-ci divizionun 5-ci turunun “Sumqayıt-2” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 19 nömrəli futbolçusu Nurlan Quliyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;
“Sumqayıt-2” – “Turan Tovuz” oyununda polis nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
“Turan Tovuz” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur;
5-ci turun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 nömrəli futbolçusu Qaraxan Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Qaradağ Lökbatan” – “Kəpəz” oyununda stadion əməkdaşları “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur;
“Qaradağ Lökbatan” – “Kəpəz” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
5-ci turun “Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
5-ci turun “Neftçi-2” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin