AFFA ilə puldan yox, ancaq futboldan danışdıq – Müsahibə

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən olan xorvatiyalı Nikola Yurçeviç müsahibə verib.

Komanda.az “Report”a istinadən həmin müsahibəni təqdim edir:

– AFFA-dan təklif almağınız necə baş verdi?

– Assosiasiyadan əlaqə saxladılar və belə bir təklif irəli sürdülər. Görüşüb, müzakirə etdik.

– Harada və kimlərlə görüşdüz?

– Danışıq üçün Bakıya gəldim. AFFA-nın baş katibi Elxan Məmmədov və qurumun bir neçə nümayəndəsi ilə görüşdük.

– Həmin vaxt nələri müzakirə etdiz?

– Milli komanda ilə mənim hədəf və planlarımızdan danışdıq. Daha yaxşı olmaq və müsbət nəticlər əldə etmək üçün hansı işlərin görülməsindən söhbət açdıq.

 Maliyyə şərtləri hər iki tərəfi qane edir?

– AFFA ilə puldan yox, ancaq futboldan danışdıq.

– Yekun qərar nə zaman veriləcək?

– Qərarın bir neçə gündən sonra qəbul olunacağını düşünürəm. 

– Təklif aldıqdan sonra Xorvatiya yığmasında bir yerdə oynadığınız Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə əlaqə saxladız?

– Əlbəttə, həm Prosineçi, həm də köməkçisi Qordan Tsipriçlə danışdım. Onlar Azərbaycan, Bakı və milli haqda müsbət fikirlər söylədilər.

– İndiyə qədər Azərbaycan millisinin hansı oyunlarına baxmısız?

– Çoxlu sayda matç izləmişəm. Məsələn, Azərbaycanın Xorvatiya, Almaniya, İtaliya, Norveç, San Marino, Çexiya və digər yığmalarla görüşlərinə baxmışam. Həmçinin “Qarabağ”ın “Atletiko” ilə Çempionlar Liqasındakı və “Neftçi” ilə Premyer Liqanın ötən turundakı oyununu görmüşəm.

– Azərbaycanlı futbolçulardan kimləri qeyd edə bilərsiz?

– Konkret ad çəkməyəcəyəm, amma çoxlu sayda yaxşı və maraqlı oyunçu var.

– Azərbaycan barədə ilkin təəssüratlarınız necədir?

– Çox müsbət. Bakı gözəl şəhərdir və baş məşqçi təyin olunacağım təqdirdə, orada məmnuniyyətlə yaşaya bilərəm.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button