
AFFA Premyer Liqa klublarına top payladı
AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 2021/2022-ci il mövsümündə istifadə üçün AFFA tərəfindən 50 (əlli) ədəd top verilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Mövcud əməkdaşlıq çərçivəsində ötən iki mövsüm də Premyer Liqa klublarına “Nike” topları təqdim olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin