
AFFA İcraiyyə Komitəsinin iclasının başlama vaxtı dəyişdi
Bu gün keçiriləcək AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclasının başlama saatı dəyişdirilib.
Komanda.az AFFA-nın saytına itinadən xəbər verir ki, iclas nəzərdə tutulduğu kimi, saat 17:00-da deyil, saat 14:00-da başlayacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi
2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
3. “Sabah” klubunun əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması
4. Digər məsələlər
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin