AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək – Gündəlikdə 13 məsələ var
Dekabrın 13-də, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105×68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
- Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
- Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
- “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
- AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
- AFFA-nın “Feyr Pley” mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
- “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi
- AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
- “Elit Məşq” kitabı ilə bağlı məlumat
- AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
- “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
- AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin