AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 15-də, videokonfrans formatında baş tutacaq.

Saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi

2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023 mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması

4. Digər məsələlər

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button