
AFFA hakimlərin sayını azaltdı
AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərin oyunlarına 1 hakimin təyin olunması barədə qərar qəbul edib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub.
İndiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları 2 hakim idarə edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin