AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlandı – Rəsmi
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker bu posta təyin olunub.
AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FİFA referisi ilə 3 illik müqavilə imzalanıb.
Frank de Bleker iyulun 28-dən Azərbaycan Premyer Liqası və 1-ci Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin