AFFA hakimin qərarına etiraz edən məşqçini 2 oyunluq cəzalandırıb
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Birinci Liqada 23-cü turun “Araz Saatlı” – “Karvan” oyununun 79-cu dəqiqəsində “Araz Saatlı” klubunun məşqçisi Zəkəray Atakişiyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Araz Saatlı” klubu 150 manat cərimə edilib.
23-cü turun “Qaradağ Lökbatan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin